Ölkə

Düşmənə GÖZ DAĞI: Yaxın vaxtlarda Türkiyənin hərbi bazası Laçın və Kəlbəcərdə qurulacaq

Düşmənə GÖZ DAĞI: Yaxın vaxtlarda Türkiyənin hərbi bazası Laçın və Kəlbəcərdə qurulacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlı qüvvələrinin Qarabağda etnik ermənilərin yaşadığı ərazilərdə fəaliyyəti Azərbaycanın suverenliyini təhdid edir. Eyni zamanda Kreml Qarabağa tam nəzarət etmək üçün siyasi təziqləri buradan həyata keçirməyə çalışır. Rusiyanın bu siyasətinin qarşısının alınması istiqamətində prezident İlham Əliyev tərəfindən məyyən işlər həyata keçirilir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Rusiya Qarabağda prosesi məhz böhrana yuvarlamaq üçün separatçılara tam dəstəyi ifadə edir. Eləcə də, Gürcüstanın Abxaziya regionundakı hərbi qüvvələrinin komandanını Qarabağda sülhüməramlıların rəhbərliyinə  gətirir: “Bundan sonra biz sülhməramlı qüvvələrin fəaliyyətində təxribatların genişlənəcəyini gözləməliyik. Bəzən bunu Rusiya tərəfi, komandanın “özfəaliyyəti” kimi təqdim edəcək. Rusiyanın artan siyasi-hərbi təzyiqlərinin qarşısını almaq və Laçın dəhlizinə nəzarət etmək üçün, Türkiyə ordusu ilə hərbi taktiki təlimlərin keçirilməsi doğru strateji addımdır”.

Yazarlar Məhəmməd Əsədullazadə

Politoloqun sözlərinə görə, artıq Türkiyənin hərbi bazasının yaxın vaxtlarda Laçında və yaxud Kəlbəcərdə qurulmasının şahidi ola bilərik: “Türkiyə hərbi bazasının Laçın və Kəlbəcərdə olması, Rusiya və Ermənitanın təxribatlarının qarşısını alacaq. Bundan əlavə, Zəngəzurda Rusiyanın 102-ci bazasının hərbi bölməsinin qurulmasına cavab olacaq”.