Maqazin

Efirdə kömək istəyən qadına “dilənçi” dedi, dava düşdü – Video

Efirdə kömək istəyən qadına “dilənçi” dedi, dava düşdü – Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATV-də yayımlanan “Bizimləsən” proqramında gərgin anlar yaşanıb.

7times.az axşam.az-a istinadən xəbər verir ki, verilişə övladını axtarmaq üçün gələn Elmira adlı qadınla aktrisa Cəmilə Tağıyeva dava edib.

Cəmilə efirdə qadına “Sən burada övladını axtarırsan, amma başqasına qarğış edirsən. Nədi demişəm, get işlə. İşləmək eyibdir? Üç mənim boydasan, atam dünyasını dəyişəndə 48 kiloqram idim, gedib işləyirdim. İşləmək nə zamandan təhqir olub? Səninkimilər işləməyi özünə eyib bilir” sözlərini söyləyib.

Elmira isə “Sənə başqası deyiləm, artıq-əskik danışma. Mənə dilənçi dedin” deyib. Cəmilə isə ona qışqıraraq “Dilənçisən, “siqan”san” cavabını verib.

Elmira Cəmiləyə hücum edərkən halı pisləşib, studiyada ürəyi gedib.