İranın keçmiş Prezidenti Mahmud Əhmədinejad ölkəsində qarşıdan gələn Prezident seçkilərində iştirak etmək üçün sənədlərini təqdim edib.
7times.az xəbər verir ki, bu barədə “ISNA” agentliyi məlumat verib.
Qanuna görə, seçkilərdə iştirak etmək üçün sənəd təqdim edənlərin namizədliyi 5-10 gün ərzində İran Konstitusiyasının Qəyyumlar Şurası tərəfindən təsdiqlənməlidir. Şura tərəfindən qəbul edilən namizədlər 26-27 may tarixlərində açıqlanacaq.
İranda Prezident seçkiləri iyunun 18-nə təyin edilib.
Follow @7timesaz