Əməkdar artist Elza Seyidcahan BBC-yə müsahibə verərək son zamanlar onun şeirləri haqqında deyilənlərə münaisbət bildirib.
Əməkdar artisti şeirlərində söyüş yazmadığını, əksinə, qarğışı alqışa çevirdiyini bildirib:
“Məndən əvvəl söyüşü “türkün məsəli” deyə-deyə söyləyirdilər. Əksinə, mən istəyirəm “türkün məsələsi” deyilməsidir. Mən söyüşə çevrilmiş sözləri abırlaşdırıram, alqışa gətirmişəm. Lənəti, qarğışı alqışa çevirmişəm. Biz həmişə deyirik ki, ölün. Mən istəyirəm ki, “olun, ölün”. Şeirimdə nənə, baba kimi ölün, yəni bir yerdə qocalın. Şeirlər gülüş üçündür. Bu qəbahətdir? Şeirdə ya ağlayırlar, ya gülürlər. Vay o günə ki nə ağlayırsan, nə də gülürsən. Mən də yazıram ki, gülsünlər”.
Daha ətraflı müsahibədə: