Dünya

“Putinlə Türkiyədə də görüşə bilərik” – Zelenski

“Putinlə Türkiyədə də görüşə bilərik” – Zelenskibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın zamanda Putin-Zelenski görüşünün keçiriləcəyi barədə iddialar hələ öz təsdiqini tapmasa da, bu görüşün mümkün yeri barədə müzakirələr səngimək bilmir.

Ukrayna və Rusiya Federasiyası prezidentlərinin görüşünün yeri kimi neytral Avropa ölkələrindən birinin seçilməsi ədalətli olardı.

“7Times.az” xəbər verir ki, bunu jurnalistlərlə söhbəti zamanı Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Çünki müharibə Ukraynada və Avropa qitəsində gedir. Biz İsveçrəyə, Avstriyaya razıyıq. Türkiyə? Bizim üçün Türkiyə NATO ölkəsidir və Avropanın bir hissəsidir. Biz də buna qarşı deyilik… Amma Moskvada görüş ola bilməz”, – Zelenski qeyd edib.

Putinlə Macarıstanda görüş keçirməsinə gəlincə, Zelenski bu məsələnin “sadə olmadığını” deyib və xatırladıb ki, Orban hökuməti Ukraynaya dəstəyin əleyhinə çıxıb.