Dünya

Zelenski Ukraynanın hansı təhlükəsizlik təminatlarını ala biləcəyini açıqlayıb

Zelenski Ukraynanın hansı təhlükəsizlik təminatlarını ala biləcəyini açıqlayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski bir sıra dövlətlərin Ukraynaya hərbi qüvvələr göndərməyə hazır olduğunu bildirib.

7Times.az xəbər verir ki, bu barədə Ukrayna lideri jurnalistlərlə söhbətində deyib.

Zelenskinin sözlərinə görə, Kiyev ABŞ Prezidenti Donald Trampdan Ukrayna üçün təhlükəsizlik təminatlarında iştirak edə biləcəyi haqda siqnal alıb və bu, digər dövlətlərin də bu prosesə qoşulmasına imkan yaradır.

O qeyd edib ki, Vaşinqtondakı görüşdən əvvəl ABŞ təhlükəsizlik təminatçılarından biri olmayıb, indi isə artıq onların bu prosesə qoşulmağa hazır olduqlarına dair bəyanatları var.

“Mənim fikrimcə, bu, əsas çətinliklərdən biri idi. Çünki ABŞ Ukraynanın təhlükəsizlik təminatlarında koordinatorluq etmədiyi halda, avropalı həmkarlarımda bir qədər qeyri-müəyyənlik vardı”, – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, bu gün ABŞ-dan, Trampdan və onun komandasından Ukraynanın təhlükəsizlik təminatlarında iştirak etməyə hazır olduqlarına dair müsbət siqnallardan sonra avropalılar daha da ürəklənib.

“Bu, başqa ölkələrin də buna qoşulmağa hazır olduqlarını təsdiq etmələri üçün fürsət yaradır. Hazırda əsas ölkələrin baş qərargahları artıq nə etməyə hazır olduqlarını müzakirə etməyə başlayıblar və əvvəllər ortada olmayan bəzi ölkələr artıq görünməyə başlayacaq”, – deyə Prezident əlavə edib.

Zelenski bildirib ki, hazırda nə qədər ölkənin Ukraynaya silahlı qüvvə göndərməyə hazır olduğu hələlik məlum deyil.

Onun sözlərinə görə, vacib olan budur ki, Ukraynaya təhlükəsizlik təminatları verməyə hazır olan ölkələr var – o cümlədən Yaponiya və Avstraliya…