Ölkə

Ehtiyatda 1 milyon doza vaksin var – RƏSMİ

Ehtiyatda 1 milyon doza vaksin var – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var.

7times.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Onun sözlərinə görə, ölkədə gün ərzində 30-35 min insan peyvənd olunur:

“Məlum olduğu kimi, yanvar ayının 18-dən etibarən Azərbaycanda vaksinasiya prosesinə start verilib. Birinci dozadan 600 min şəxs, ikinci dozadan isə 300 min şəxs peyvənd olunub.

Bu prosesdə məqsədimiz ölkə əhalisinin 60-70 faizini peyvəndləməkdir. Vaksin preparatlarımız lazımi qədər olduqca, bu proses ən tez bir zamanda reallaşacaq”.