Ölkə

Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdi

Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elektron köçürülmə əməliyyatlarının məbləğinin bir təqvim ili üzrə minimum həddi müəyyənləşib.

7Times.az məlumatına görə, bununla bağlı müvafiq qərar imzalanıb.

Qərara əsasən, maliyyə institutlarının Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənədlər təqdim etməli olduqları maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının məbləğinin bir təqvim ili üzrə minimum həddi 20 000 (iyirmi min) manat və ya ona ekvivalent xarici valyuta məbləği müəyyən edilib və müştərinin hər növbəti maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatına münasibətdə tətbiq ediləcək.

Öhdəlik daşıyan şəxslər bu Qərar qüvvəyə minənədək müştərisi olan hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə məlumatların Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinə 2027-ci il 31 dekabr tarixinədək təqdim olunmasını təmin etməlidirlər.

Qərar 2026-cı il 1 oktyabr tarixindən qüvvəyə minir.