Ölkə

Əli Əsədov “Xınalıq və Köç yolu” qoruğu ilə bağlı qərar imzaladı

Əli Əsədov “Xınalıq və Köç yolu” qoruğu ilə bağlı qərar imzaladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun Əsasnaməsi təsdiqlənib.

 

7Times.az  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qeyd edək ki, Qoruq Azərbaycan Prezidentinin 2023-cü il 4 sentyabr tarixli 4082 nömrəli Sərəncamı ilə yaradılıb.

 

Qoruq Quba rayonunun Xınalıq kəndi daxil olmaqla, Xınalıq kəndi ətrafında yerləşən yay otlaq sahələrindən Pirsaat su anbarınadək uzanan, Qusar, Quba, Şamaxı, Qobustan və Abşeron rayonlarının ərazisindən keçən 200 kilometrdən artıq köç yolunu, həmçinin Abşeron və Hacıqabul rayonlarının ərazilərində yerləşən Xınalıqlıların qış otlaq sahələrini əhatə edən, tarix, mədəniyyət, memarlıq, arxeoloji, etnoqrafik, numizmatik, epiqrafik və antropoloji abidələrin yerləşdiyi dövlət tərəfindən mühafizə edilən ərazidir. Qoruq UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasının 2023-cü il 18 sentyabr tarixli qərarı ilə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.