Ölkə

Şagirdlərin birinci sinfə qəbulunun başlanacağı tarix açıqlanıb

Şagirdlərin birinci sinfə qəbulunun başlanacağı tarix açıqlanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şagirdlərin birinci sinfə qəbuluna may ayının əvvəlindən start veriləcək.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, qeydiyyat 1-6 may tarixində aparılacaq.

“70-80 yaxın müəssisədə prioritet qəbul həyata keçiriləcək. İlk növbədə həmin ərazidə yaşayan şəxslər üçün qeydiyyat açıq elan ediləcək, daha sonra isə digər şəxslər qeydiyyatdan keçə biləcəklər”, – Eşqi Bağırov vurğulayıb.