Ölkə

Eli Kohen İlham Əliyevə təşəkkür etdi

Eli Kohen İlham Əliyevə təşəkkür etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin xarici işlər naziri Eli Kohen Təl-Əvivdə səfirliyin açılması ilə bağlı tarixi qərara görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

 

7Times.az  xəbər verir ki, bunu İsrailin XİN başçısı Eli Kohen bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündən sonra deyib.

 

O xatırladıb ki, bir neçə gün əvvəl Azərbaycan səfiri etimadnaməsini İsrail Prezidentinə təqdim edib: “Əminəm ki, səfir Muxtar Məmmədovun rəhbərlik etdiyi bu diplomatik missiya hökumətlərimiz və xalqlarımız arasında əlaqələri daha da möhkəmləndirəcək mühüm körpü olacaq”.

 

“Azərbaycanın İsraildə Səfirliyinin açılması qərarı son 30 ildə inkişaf edən strateji əlaqələrimizin dərinliyinin göstəricisidir”, – E.Kohen vurğulayıb.