Ölkə

Əlisa Nicat Prezident təaqüdü ala biləcək – AYB-dən açıqlama

Əlisa Nicat Prezident təaqüdü ala biləcək – AYB-dən açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkədə azərbaycanlı yazıçı, tərcüməçi Əlisa Nicatın sosial durumunun aşağı olması barədə məlumat paylaşılıb.  Məsələ ictimaiyyətin gündəminə çevrilib və geniş müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza ilə əlaqə saxladıq. O “7times.az”a açıqlamasında bildirib ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Əlisa Nicata maliyyə yardımı edəcək:

“İki gün ərzində həm mətbuata, həm də ictimaiyyətə məlum oldu ki, yazıçının ciddi problemi var. Bununla bağlı müəyyən addımlar atıldı. Anar bəyin təşəbbüsü ilə Əlisa Nicata birdəfəlik yardım ayrıldı. İndiyə kimi Əlisa Nicat AYB-dən Prezident təqaüdü almayıb. Bunun üçün o özü müraciət edə bilərdi, etməyib. Amma, indiki halda, maddi vəziyyətini nəzərə alaraq, adı siyahıya salınacaq və gələn il üçün Prezident təqaüdü ala biləcək”.

Qeyd edək ki, ötən gün “Qanun” nəşriyyatına gələn Əlisa Nicatın fotolarını Şahbaz Xuduoğlu sosial şəbəkə hesabında paylaşmışdı. Ə.Nicat evinin soyuq olduğunu, qaz pulunu verə bilmədiyindən gün ərzində evi qızdırmaq üçün qaz sobasını 2-3 saat yandırdığını bildirmişdi. Həmçinin onun geyimi də kasıb yaşadığını sübut edirdi.