Ölkə

Elnur Rzayev Qaradağ Buduq kəndində səyyar qəbul keçirib – FOTOLAR

Elnur Rzayev  Qaradağ Buduq kəndində səyyar qəbul keçirib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Xaçmaz rayon prokuroru Rəşad Məmmədov, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Qaradağ Buduq kəndində səyyar qəbul keçirib.
Qəbulda Hülövlü İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Qaradağ Buduq, Hülövlü, Qaradağlı, Bəyqışlaq, Canaxır, Qobuqıraq, Mehrəliqışlaq, Mürsəliqışlaq, Rəhimoba və Ustacəlilli kəndlərinin sakinləri iştirak edib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri, məktəb binasının yenilənməsi və digər müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciətlər yerindəcə həll edilib.