Əməkdar artist, tarzən Firudin Ələkbərov 100 yaşında vəfat edib.
7times.az xəbər verir ki, F.Ələkbərov bu gün ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, F. Ələkbərov 20 iyun 1921-ci ildə Gəncə şəhərində dünyaya gəlib. Gəncə və Bakıda Musiqi Texnikumunu bitirib. Əmək fəaliyyətinə Gəncə Dövlət Filarmoniyasında başlayıb. Mədəniyyət Nazirliyinin xətti ilə 1981-1991-ci illər arasında Azərbaycanın bütün rayonlarında “Muğamın təhlili və təbliği” adlı proqramla mindən artıq konsert verib.
1941-1945-ci illərdə “Əməkdə fərqlənməyə görə”, 1986-cı ildə “Əmək veteranı” medallarına (SSRİ), 1989-cu ildə Əməkdar artist fəxri adına, 2002-ci ildə Prezident təqaüdü, 2005-ci ildə isə Heydər Əliyev Fondunun təqaüdünə layiq görülüb.
Follow @7timesaz