Ölkə

Əməkdar artistə qarşı HÖRMƏTSİZLİK: “Məni aldatdılar, sonra da…”

Əməkdar artistə qarşı HÖRMƏTSİZLİK: “Məni aldatdılar, sonra da…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış aktyor, əməkdar artist Sərvər Əliyevə qarşı hörmətsizlik olunub.

Bunu 7Times.az-a açıqlamasında aktyor özü bildirib.

Azərbaycan Teatr Ensiklopediyasına daxil etmək üçün ondan özü haqqında məlumatlar və fotolar alınıb. Ensiklopediya çap olunub, amma aktyorun adını kitaba daxil etməyiblər:

“Məni narahat edən və incidən bir məsələ var, bunu açıb demək istəyirəm. Böyük maliyyə ayrıldı və 3 cildlik Azərbaycan Teatr Ensiklopediyası nəşr olundu. Həmin ensiklooediyaya hər kəs daxil edilmir. Fəxri adları olan, eyni zamanda milli teatrın inkişafında xidmətləri olan sənət fədailəri o ensiklopediyada yer alır. Məndən də fotolar, məlumatlar istədilər və aparıb təhvil verdim. Amma təəssüflər olsun ki, etsiklopediyanın nəşrindən sonra mən adımı orada görmədim. Bu, məni çox incitdi. İlham Rəhimli mənə zəng etdi ki, yaddan çıxıb. Sonradan mənə dedilər ki, hətta fəxri adı olmayan insanların belə orada adları, haqlarında məlumat var. Hətta bir yox, bir neçə adamdan söhbət gedir. Necə olur, həmin adamların adları o kitaba daxil edilir, amma mənim yox? Necə yəni yaddan çıxıb? Kitabın siqnal nömrəsi çıxır, baxılır, yoxlanılır. Yəni onda da buna fikir verilməyib? Sonradan mənə söylədilər ki. narahat olmayın, adınızı, məlumatı yenidən əlavə edəcəyik. Heç etmədilər də… Unuduldu getdi. Mən bu barədə danışmadım, susdum. Amma artıq bu barədə danışmaq istəyirəm. Çünki nə qədər çox susursansa, o qədər daha çox laqeydliklə qarşılaşırsan”.

7Times.az