Dünya

Ən hündür və ən qısa xalqlar – Azərbaycanda vəziyyət necədir?

Ən hündür və ən qısa xalqlar – Azərbaycanda vəziyyət necədir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda kişilərin orta boyu 174 sm, qadınlar üzrə isə 161,37 sm-dir.

 

7Times.az -ın məlumatına görə, bu, Dünya Əhalisinin İcmalı adlı hesabatda qeyd olunub.

 

Məlumata görə, dünyada əhalinin orta boyuna görə sıralamada birinci ölkə Niderlanddır. Burada kişilərin orta boyu 183,78 sm, qadınlar 170,36 santimetrdir.

 

Şərqi Timor isə bu sırada sonuncu yerdədir. Bu ölkədə kişilərin orta boyu 160,13 sm, qadınların isə 152,71 santimetrdir.

 

Region ölkələrində orta boy aşağıdakı kimidir:

– Rusiya: kişilər – 178,69 sm, qadınlar – 166,93 sm

– Ermənistan: kişilər -173,67 sm, qadınlar -159,85 sm

– İran: kişilər -175,62 sm, qadınlar – 161,18 sm

– Gürcüstan: kişilər -175,98 sm, qadınlar – 163,24 sm

– Türkiyə: kişilər – 176,36 sm, qadınlar – 161,8 sm

Modern.az