Mədəniyyət

Erməni musiqiçi azərbaycanlı xanımın səsinə heyran oldu – VİDEO

Erməni musiqiçi azərbaycanlı xanımın səsinə heyran oldu – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Pervıy kanal” televiziyasında yayımlanan “Qolos 60+” şousunun ustadlarından biri, əslən erməni olan rusiyalı musiqiçi Stas Namin (Anastas Mikoyan) 73 yaşlı azərbaycanlı ifaçı Tünzalə Qəhrəman haqda müsbət fikirlər söyləyib.

7times.az xəbər verir ki, o, “Dobroye utro” proqramının efirində həmyerlimiz haqda bunları deyib:

“Bakıdan olan Tünzalə “Qolos 60+”da cazz oxuyan ilk və yeganə ifaçıdır. O, hələ oxumağa başlamamışdı, mən ritmi eşitdim və dərhal düyməni sıxdım”.

“İştirakçı necə olmalıdır ki, S. Namin onun səsinə dönsün” sualına ustad belə cavab verib:

“Tünzalənin oxuduğu kimi təbii olmalıdır – əsl, layiqli, gözəl, zərif. Onların hamısı qeyri-peşəkardır, tamamilə başqa sahədəndir, Tünzalə isə bir neçə il əvvəl oxumağa başlayıb”./Azmedia.Az