Qarabağ

Ermənilərin işığını kim kəsir? – Xankəndinin zülmətə boyanmasının pərdəarxası

Ermənilərin işığını kim kəsir? – Xankəndinin zülmətə boyanmasının pərdəarxasıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda yaşayan ermənilər sosial problemlərin məngənəsində çabalamağa davam edirlər. Erməni mətbuatında mütəmadi olaraq onların su və işıq problemi ilə üzləşmələri barədə xəbərlərə yer verilir. Maraqlı məqam isə odur ki, ermənilər mövcud duruma səbəbkar olaraq Azərbaycanı göstərir.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl qeyd edib ki, Qarabağdakı ermənilərə elektrik enerjisi Azərbaycandan verilmir, ona görə də işıqlarının bizim tərəfimizdən kəsildiyini iddia etmək məntiqsizdir:

“Onlara işıq bizdən verilmir ki, biz də kəsib, “Bu bizim elektrik enerjisidir, niyə separatçılara veririk?”, – deyək. Enerji üçün əvvəllər hansı xətdən istifadə ediblərsə, indi də odur. Onlar həmişə Ermənistandan, İrana yaxın olan ərazilərdə isə bir müddət İrandan elektrik enerjisi alıblar. Amma əsasən, enerji mənbələri Laçın yolu ilə Ermənistandır. Hətta yeri gələndə Ermənistan İrana belə enerji verib. Yəni Ermənistanın enerji problemi yoxdur, bəlkə, onların atom elektrik stansiyasında, təmir işləri gedir, ona görə müəyyən problemlər yaranıb. Ona görə də onların işıq məsələsində bizi ittiham etməsi yersizdir”.

Həmsöhbətimiz separatçıların yaşadığı su çatışmazlığından da söz açıb:

“Su çatışmazlığının da bizə aidiyyəti yoxdur. Onlar bizi mütəmadi olaraq nədəsə günahlandırırlar. Bu yaxınlarda da deyirdilər ki, azərbaycanlılar mobil telefonları, provayderləri vururlar. Düzü, istəsək, onlara bu mövzuda maneə törədə bilərdik. Amma son vaxtlar heç onu da etmirik. Çünki orada rus sülhməramlıları var və onlar da şikayət elədilər. Su və işığın isə dediyim kimi, ümumiyyətlə, bizimlə əlaqəsi yoxdur. Bu il Qarabağdakı ermənilər qurağlıqla üzləşməsinin səbəbi su ehtiyatlarının tükənməsi idi”.