Ermənistanda general Onik Qasparyanın Baş Qərargah rəisi postundan yola salınmasından sonra onun vəzifəsi müvəqqəti olaraq müavini Stepan Qalstyana tapşırıldı. Paşinyanın namizədi Artak Davtyandır, lakin prezident bu təklifi qəbul etmədi…
Baş Qərargah rəisi vəzifəsini icra edən general-leytenant S.Qalstyan Ermənistan hava qüvvələrinin zabiti olub, Paşinyanın hakimiyyətə gəlişindən sonra hərbi karyerası daha da çiçəklənib. Adının Ermənistandan Afrikaya silah qaçaqmalçılığı işində əsas təşkilatçı kimi keçməsi maraqlıdır:
Hər şey 2012-ci ilin 30 noyabr tarixində “Ridge Airvays” aviaşirkətinə məxsus IL-76 təyyarəsinin Konqonun paytaxtı Brazzivalidə Maya-Maya hava limanından 500 metr uzaqlıqdakı yaşayış məntəqəsi ərazisində qəzaya düşməsi ilə ortaya çıxmışdı.
Qəzada göyərtədə olanlar və təyyarənin düşdüyü ərazidə yaşayan 32 yerli sakin həlak olmuşdu. Təyyarənin göyərtəsində olan 5 nəfər Ermənistan vətəndaşı idi.
Bu qəza təkcə 5 erməninin və 32 konqolunun həyatına son qoymadı, həm də qəzadan sonra ortaya çıxan faktlar Ermənistanın qanunsuz silah alverinin üstündəki sirr pərdəsini açdı. Ermənistan hakimiyyəti təyyarənin saxta qeydiyyat nömrəsi ilə uçduğunu, reysterdən çıxartdıqlarını iddia etsə də, “Ridge Airvays” şirkətini qeyri-rəsmi olaraq idarə edən Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Stepan Qalstyanın arvadı Natalia Qalstyan idi.
Xanım Qalstyan sənədlərdə aviaşirkətin baş meneceri olaraq göstərilir, şirkətin sahibi isə Sergey Koçarov adlı naməlum şəxsdir.
“Ridge Airvays” şirkəti 2012-ci ildə fəaliyyətini dayandırıb, lakin Afrikada işləyən erməni pilotlar qəzadan sonra Ermənistan mediasına bildirmişdilər ki, Stepan Qalstyana məxsus “Ala International LTD” şirkətinin adı altında daha 4 təyyarə “Qara qitə”də uçur.
Afrikada qanunsuz silah və digər malların daşınmasını həyata keçirən erməni aviaşirkətlərinin böyük əksəriyyətinin sahibləri Ermənistan ordusunun keçmiş zabitləridir. Məlumatlara görə, Stepan Qalstyan uzun illərdir bu şəbəkənin başında dayanır. modern.az
Follow @7timesaz