Ölkə

“Ermənistan beynəlxalq hüquqi məsuliyyətdən yayına bilməyəcək”

“Ermənistan beynəlxalq hüquqi məsuliyyətdən yayına bilməyəcək”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mahir Abbaszadə: “Xalqımızın canına və malına qəsd edənlər gec-tez qanun qarşısnda cavab verəcəklər”

Xəbər verdiyimiz kimi, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə Ermənistanla bağlı şikayət ünvanlayıb. Şikayətdə 2022-ci il may-avqust aylarında  ermənilərin Laçın, Zabux və Susda azərbaycanlılara məxsus yüzlərlə mülki məhv etdiyi qeyd olunub, onların hər biri ilə bağlı inkaredilməz faktlar təqdim edilib.

Bununla bağlı açıqlama verən millət vəkili Mahir Abbaszadə, erməni faşizminin beynəlxalq hüquq müstəvisində məsuliyətə cəlb edilməsinin vacib olduğunu vurğulayıb:

“Erməni faşizmi 30 ildən çoxdur ki, Azərbaycan xalqının həm canına, həm də malına qəsd etməkdə, hətta təbiətə belə divan tutmaqdadır.

Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə  ünvanlanan şikayətdə 2022-ci il may-avqust aylarında  ermənilərin Laçın, Zabux və Susda azərbaycanlılara məxsus yüzlərlə mülki məhv etməsi ilə bağlı təkzibedilməz faktlar təqdim edib. Ermənilər bu gün də “Qızılbulaq” və “Dəmirli” yataqlarının timsalında Azərbaycana məxsus təbii resursları qanunsuz olaraq istismar etməkdə, ekoloji terror həyata keçirməkdədir.  Odur ki, dövlətimiz mütəmadi şəkildə dünya ictimaiyyətini, eləcə də beynəlxalq məhkəmələri erməni vəhşilikləri haqqında məlumatlandırmaqda davam edir. Bu baxımdan 2022-ci il may-avqust aylarında  ermənilərin Laçın və ətraf ərazilərdə azərbaycanlıları məxsus evləri, yardımçı təsərrüfatları məhv etməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə ünvanlanan müraciət mühüm önəm kəsb edir. Ümid edirik ki, Avropa Məhkəməsi Azərbaycanın bu müraciətinə həssaslıqla yanaşacaq, ermənilərin törətdiyi çoxsaylı cinayətlərə ədalətli hüquqi qiymət verəcəkdir.

Istənilən halda, Ermənistan beynəlxalq hüquqi məsuliyyətdən yayına bilməyəcək. Xalqımızın canına və malına qəsd edənlər gec-tez qanun qarşısnda cavab verməli olacaqlar. Buna kimsənin şübhəsiz olmasın!”.