Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər.
7Times.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan xariic işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə açıqlamasında deyib.
“Hökumətlər xeyli müddətdir dayandırılmış delimitasiya işlərinin bərpası ilə bağlı razılığa gəliblər. Hazırda hər iki ölkə delimitasiya komissiyalarının tərkibini yeniləyib. Lakin görüşlər hələ baş tutmayıb”, – o bildirib.
Nazir müavini ilk görüşün tezliklə olacağını ümid etdiyini diqqətə çatdırıb.
Follow @7timesaz