Ölkə

Ersin Tatar Azərbaycana GƏLİR

Ersin Tatar Azərbaycana GƏLİRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

6-7 oktyabr tarixlərində Türk Dövlətləri Təşkilatının (TDT) növbəti rəsmi zirvə toplantısı keçiriləcək.

TDT-nin rəsmi vebsaytında 12-ci Zirvə Toplantısının Qəbələdə keçiriləcəyi bildirilib. Sammit regional sülh və təhlükəsizliyə həsr olunub.

7Times.az-ın Şimali Kipr Türk Respublikasının (ŞKTR) rəsmi mənbələrindən əldə etdiyi məlumata görə, ŞKTR Prezidenti Ersin Tatar da sammitdə iştirak edəcək.

Qeyd edək ki, oktyabrın 19-da Şimali Kipr Türk Respublikasında prezident seçkiləri keçiriləcək. Ersin Tatar seçkilərin favorit namizədlərindən biridir.

Liderlər zirvəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev,Qırğız Respublikasının Prezidenti Sadır Japarov,Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun da iştirakı gözlənilir.