Sağlamlıq

Ev şəraitində böyrək daşını necə salmaq olar? – Düzgün QAYDA+ VİDEO

Ev şəraitində böyrək daşını necə salmaq olar? – Düzgün QAYDA+ VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Günümüzdə böyrək daşı demək olar ki, ən çox görülən böyrək problemlərindəndir. Böyrək daşı əsasən müxtəlif dərmanlar vasitəsilə və ya əməliyyat yolu ilə xaric edilir. Bəs ev şəraitində böyrəkdən daş salmaq mümkündürmü?

7Times.az  xəbər verir ki, mövzuya “Baku City Hospital”ın uroloq-androloqu Mirhikmət Qiyasov Səhiyyə TV-də yayımlanan “Can Sağlığı” proqramında aydınlıq gətirib.

 

Həkim bildirib ki, ev şəraitində də sağlam şəkildə böyrək daşı salmaq mümkündür:

“Hər daş salan xəstə onsuz da bizə müraciət etmir. Bəzən bizə gəlib çıxana kimi də daşı düşən xəstələr olur. Ya müayinədə heç nə çıxmır, ya da pasiyent əlində daşla gəlir ki, ağrım var idi və daşım düşdü. Əgər xəstədə ağırlaşmalar yoxdursa, biz müalicə yazıb onu ev şəraitində müalicə üçün evə göndəririk. Bu zaman bir nömrəli tövsiyyəmiz o olur ki, gedib evdə uzanmayın. Müalicə ilə yanaşı bol maye içib hərəkət etmək lazımdır. Daşlar bu şəkildə daha rahat düşürlər. Xəstələr evdə müalicə ala bilərlər. Amma mütləq təkim idarəsi altında. Çünki evdə müalicə versək belə mütəmadi müayinələrə dəvət edirik və xəstənin vəziyyətini nəzarətdə saxlayırıq ki, hər an ağırlaşıb müdaxilə tələb edə bilər”.

Həkim vurğulayıb ki, özbaşına təbii üsularla daş salan xəstələr hər zaman olub:

“Belə insanlar olduğu üçün də cəmiyyətdə “bunu mən də edə bilərəm” kimi fikirlər mövcuddur. Amma bu doğru deyil. Ağırlaşıb həyatı təhdid edən hallara gəlib çıxa bilərlər. Çünki ağırlaşmalar baş verərsə, bir neçə əməliyyata ehtiyyac yaranır. Ona görə də böyrək daşını həkim idarəsi altında salmaq ən düzgünüdür”.

Həkimlə əlaqə sağlamaq üçün +994 50 662 69 92 mobil nömrəsinə zəng edin.

Daha ətraflı videodan izləyin:

Sağlamolun.az