Müsahibə

“Evli qadınlar ərlərinin homoseksual olduğunu bilirlər, amma…” – Qalmaqallı açıqlama

“Evli qadınlar ərlərinin homoseksual olduğunu bilirlər, amma…” – Qalmaqallı açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar ölkə ayrı-ayrı tanınmış şəxslərin intim videoları ilə çalxalanır. Bu münasibətin daha çox eynicinsli şəxslər arasında olması da diqqətçəkən məqamlardandır.

Bəs görəsən, bu nə ilə bağlıdır? Bu mənəvi aşınma, yoxsa bioloji xəstəlikdir?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Samirə Bağırova bildirib ki, bu xəstəlik yox, insanların əsl xislətidir:

“Əvvəllər hər şey az idi və əlçatmaz idi. İnsanlar nəyisə əldə etmək üçün çox əziyyətlərə qatlanmalı olurdular. Varı olan göstərməyə utanardı seçildiyinə görə. Yeməyi gizli yeyərdilər ki, birdən kimsə ac olar, nəfsi çəkər.

Bu gün ətrafımız seçimlərlə doludur, hər şey var və hər şey də açıq-aşkardır. İnsan nəyi istəyir əldə edir, nəyi istəsə görür, izləyir, danışır, seçir, soyunur, geyinir və sairə.

Əlbəttə ki, bunlar bir-birinə təsirsiz ötüşməyəcəkdi. Əslində bütün aşkara çıxan hər şey insanların əsl xislətini üzə çıxardı. Düşünürəm ki, yaxşı ki, belə də oldu. Sərbəst seçimlər var və maskalar artıq yoxdur.

Bu, heç bir xəstəlik deyil. Bu insanın gizli qalmış xisləti, təbiətidir”.

Psixoloq evliliyə hazırlaşan gənc qızlara məsləhət verib:

“Evliliyə hazırlaşan xanımlar nağıllardakı qəhrəmanları, ağ atlı şahzadələri unutsunlar. Bugünkü gənc biseksuallığa, eynicinsli münasibətlərə, normal yanaşır. Onlar evlənirlər, amma bir-birinin cinsi həyatlarına, seçimlərinə qarışmırlar. Həyat dostu seçirlər, amma ər yaxud arvad deyil.

Evliliyə hazırlaşan xanımların adətən, evlilikdən böyük gözləntiləri olur və sonda xəyal qırıqlığı ilə boşluqda qalırlar. Əksəriyyəti lazımsız, ancaq eyni ssenari üzrə çəkilən türk seriallarını izləyirlər, real olmayan romantik xəyallar qururlar. Və bu yalan xəyallara da özlərini inandırırlar. Evlilik həyatı yalnız başa vurmamaq və dünyaya uşaq gətirmək üçün bunu rəsmi şəkildə etmək istəyidir. Kimsə cəmiyyət üçün uşaq yetişdirməyi düşünmür. Çoxu özünə kölə böyütməyi, yaşlananda tək qalmasın və ona baxılmasını düşünür deyə, bu məqsədlə dünyaya uşaq gətirir. Özləri də elə deyir: “Özüm üçün doğmaq istəyirəm”.

S.Bağırova qeyd edib ki, Avropada cütlüklər bir-birinin cinsi oriyentasiyasına qarışmır:

“Evlilik, həyat problemlərini yalnız deyil, sevib-seçdiyin insanla birlikdə dəf etmək və birlikdə sevinməkdir.

Məsələn, Avropada evli qadınlar həyat yoldaşlarının biseksual, homoseksual olduqlarını bilirlər, amma artıq buna görə boşanmırlar. İnsanı olduğu kimi qəbullanırlar ki, təki yalnız qalmasınlar. Hamının şüuraltında ifrat düşüncələr var. Kimsə “mələk” deyil. Amma kimlərsə hər şeyin sürətlə dəyişməsinə rəğmən düşüncə kontrolunu itirmir. Fərqindəlik insan üçün önəmli məsələdir. Bu xüsusiyyətə sağlam düşüncəyə sahib olan insanlarda rast gəlinir.

Digərləri isə sadəcə tez yayılan “parazit “və ya təsirə düşən “virus” tipli insanlardır.

Zamanla rəsmi evliliklər tamamilə azalacaq və insanlar vətəndaş nikahları ilə yaşamağa üstünlük verəcəklər. Eyni zamanda, yalnızlıq depressiyası və sevgisizlikdən intiharlar bir az da çoxalacaq”.