London sakini “Bare Kind” adlı öz corab brendini qurub və bir neçə il ərzində milyonçu olub.
7times.az xarici mediaya istinadla xəbərinə görə, 27 yaşlı Lyusi Cefferi HSBC maliyyə korporasiyasında məhsul meneceri kimi işləməyə davam edərkən 2018-ci ildə əylənmək üçün öz dizaynlı corablarını satmağa başladığını söyləyib.
Qızın dediyinə görə, o zaman bu şirkətdə ildə 37 min funt sterlinq (71 040 manat) qazanırdı və brendinin yaradılmasından iki il sonra ayda 20 min funt sterlinq (38 400 manat) almağa başlayıb.
“Əvvəlcə valideynlərimin evindən tısbağa şəkilləri olan corabları satışa çıxardım, lakin şirkətim populyarlaşdıqca daha çox rəng tapdım. İndi bizim çeşidimizdə 30 müxtəlif çap variantı var. Bundan əlavə, bir anbar icarəyə götürdüm və müştərilərin axınının öhdəsindən gəlmək üçün üç işçi işə götürdüm”, – gənc milyonçu vurğulayıb.
Məlumata görə, 2022-ci ildə “Bare Kind”in illik dövriyyəsi 750 min funt-sterlinqə (1 440 000 manata) çatmalıdır. Qeyd olunur ki, brendin məhsulları dünya üzrə yerləşən 450 mağazada təqdim olunur və hər bir məhsulun satışının 10 faizi heyvanlar üçün xeyriyyə təşkilatlarına gedir.
Follow @7timesaz