Ölkə

Fərid Qayıbov: “Nazir olandan sonra dostlarımın sayı artıb” – VİDEO

Fərid Qayıbov: “Nazir olandan sonra dostlarımın sayı artıb” – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nazir olandan sonra həyatımda çox şey dəyişib. 30 il görmədiyim insanlar məni yada salır, dostlarımın sayı artıb. Buna normal baxıram”.

Metbuat.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov “ASAN Radio”nun “QəbuldASAN” verilişində qonaq olarkən deyib.

Nazir bildirib ki, indi də küçədə əvvəlkitək rahat gəzə bilir: “Sadəcə, qapalı yerlərdə bir az çətinlik olur. Bu da normaldır. İnsanlar yaxınlaşıb mənimlə şəkil çəkdirəndə oğlum daha çox sevinir”.