Mədəniyyət

“Fəryad 2” bu tarixdə Bakıda olacaq

“Fəryad 2” bu tarixdə Bakıda olacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fəryad 1” filminin ssenarisini bacımgilin eyvanında yazmışdım. 1 ay ərzində ssenari yazıldı.

7times.az xəbər verir ki, bu sözləri kinorejissor Vaqif Mustafayev Real TV-yə müsahibəsində deyib.

“Film Vətən müharibəsində sosial şəbəkələrdə geniş müzakirə olundu. Yazırdılar ki, Vaqif Mustafayev niyə bu filmin davamını çəkmir? Və biz filmi çəkməyə başladıq. Dekabrın 28-də filmin istehsalat dövrü bitir. 27 dekabrda film Bakıda olacaq”, – o qeyd edib.

Kinorejissor bildirib ki, filmin ikinci hissəsi əvvəlki “Fəryad”la bir silsilədir:

“Əsas obraz Azərbaycan xalqı və Qarabağdır. Əvvəldən bu barədə danışmaq istəmirəm. Bu, mənim daha bir vətəndaşlıq addımım idi. Əgər bununla razı olmasaydım, daxildən istəməsəydim, deyərdim ki, “Fəryad 2″ni çəkmirəm. Bu film “Fəryad 1″ kimi çox əhəmiyyətli film olacaq. Burada erməni daşnaklarının iç üzü açılır. Filmdə əsas siyasi mesaj odur ki, əgər normal qonşu olmasanız, sizi bundan betəri gözləyir”.