Mədəniyyət

“Fəryad”ın Aşotu vəfat etdi – VİDEO

“Fəryad”ın Aşotu vəfat etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fəryad” filmində canlandırdığı Aşot obrazı ilə daha da məşhurlaşan aktyor Fikrət Məmmədov dünyasını dəyişib.

7times.az xəbər verir ki, bu barədə aktyorun həmkarları sosial şəbəkədə məlumat yayıblar.

Qeyd edək ki, aktyor Fikrət Məmmədov Azərbaycanın məşhur musiqi xadimi Ağası Məşədibəyovun nəvəsidir.

O,  “Axırıncı reys” (1989), “Bağlı qapı” (1981), “Bayquş gələndə” (1978), “Cin mikrorayonda” (1985), “Çarə” (1981), “Doğma sahillər” (1989), “Əlaqə” (1989), “Fəryad” (1993), “Fırıldaqçı” (1983), “Gözbağlıcı” (1986), “Gümüşgöl” əfsanəsi (1984), “Güzgü” (1990), “Hədiyyə” (1986) və başqa filmlərdə yer alıb.