Mədəniyyət

Fəxrəddin Manafov həyat yoldaşını yad etdi – FOTO

Fəxrəddin Manafov həyat yoldaşını yad etdi – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Fəxrəddin Manafov bir neçə ay əvvəl vəfat edən həyat yoldaşı Vahidə Sadıqovanın doğum günündə onun məzarını yad edib.

7times.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran instaqramda məlumat verib. O qeyd edib ki, ötən il Vahidə Sadıqovanın 65 yaşını birlikdə qeyd ediblər:

“Bu ilsə biz onsuz qeyd edirik. Məzarı başında, göz yaşları içində… Deyirlər, qadının yaşı olmaz… Vahidə xanım da mənimçün həmişəcavan biri idi. Əslində, o da heç vaxt yaşını gizlətməzdi. Fərqli insan idi Vahidə xanım, özü də adı kimi vahid insan idi, bənzərsizdi. Bənzərsiz olmasaydı, Fəxrəddin Manafov kimi sənətkarı özünə bənd edə bilərdimi? Əlbəttə, yox. Mənim üçün əziz, dəyərli olan insan, bacım qədər doğma qadın, məkanın cənnət olsun!”