Şabran rayonunda 1983-cü il təvəllüdlü Tural 1957-ci il təvəllüdlü həmkəndlisi Sevdaya (adlar şərti verilib – red.) təcavüz edib.
7Times.az Teleqraf.com-a istinadən bildirir ki, hadisə kənddə baş verib. Tural ərinin ölməsi və yeganə övladının həqiqi hərbi xidmətdə olması səbəbindən fərdi evində tək yaşayan Sevdanı zorlamaq qərarına gəlib.
Bu məqsədlə 2021-ci il martın 22-dən 23-nə keçən gecə saat 3 radələrində sərxoş vəziyyətdə yaşadığı kənddən piyada qonşu kəndə gəlib. O, Sevdanın evinə daxil olub və zorla qadınla cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, martın 22-də təqribən gecə saat 23 radələrində həmkəndliləri və qaynı ilə birlikdə kafedə oturub və bir neçə saat yeyib-içiblər: “Həmin vaxt xatırlamadığım həcmdə araq içmişəm. Daha sonra, “Bizon” içkisinə keçdim. Bundan sonra heç nə yadımda qalmayıb. Bir də səhər saat 4 radələrində evimizin arxasında ayılmışam. Üzərimdə heç bir xəsarət olmayıb”.
Tural daha sonra qeyd edib ki, zərərçəkmiş Sevdanı tanımayıb, onun evinə getməyib və onu zorlamayıb. Bildirib ki, ibtidai istintaq zamanı olan ifadəsinə təzyiq altında imza edib və orada nə yazılmasından xəbəri olmayıb.
Məhkəmə Turalın bu ifadəsini özünü müdadiə xarakterli qitymətləndirib və bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini tədqiq edib.
İbtidai istintaqa Tural bildirib ki, atası, anası, arvadı və övladları ilə birlikdə yaşayıb: “Martın 22-də axşam saat 23 radələrində həmkəndlilərim və qaynımla birlikdə yaşadığım kənddə Təbrizin kafesində yeyib-içdik. Biz təxminən 1-2 saat araq içdikdən sonra vəziyyətimin pisləşdiyini hiss etdim. Bu səbəbdən kafedən çıxdım. Daşın üstündə 10-15 dəqiqə oturdum, vəziyyətimin yaxşılaşmasını gözlədim. Bundan sonra özümə gəldim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, bu zaman qonşu kəndə getməyə qərar verib: “Həmin kəndə piyada və tək getdim. Kəndə çatdıqda gecə saat 3 radələri olardı. Sevdanın evinə yaxınlaşdıqda həyətdəki darvazanın açıq olduğunu gördüm. Həyətə, ordan isə evin yarı açıq giriş qapısından içəri daxil oldum.
Sevdanın yatdığı otağın qapısını çiynimlə zərbə endirərək açdım. İçəri daxil olub Sevdanın üzərinə hücum etdim. O məni görən kimi dərhal qışqırmağa başladı. Əllərimlə onun ağzından tutdum. Dedim ki, yaşamaq və oğlunu görmək istəyirsənsə, mənimlə olacaqsan, yoxsa oğlunu görə bilməyəcəksən. Sevda yalvararaq cinsi əlaqədə olmaq istəmədiyini, əgər onu buraxsam, heç kimə heç nə demiyəcəyini bildirdi.
Lakin ona inanmayaraq bir əlimlə boğazını sıxdım, digər əlimlə ağzından tutaraq səs-küy salmamağı tələb etdim. Sonra saçından tutaraq üzünü yerə sürtüb, xalçanın üzərinə ataraq üstünə tullandım. Onu öpməyə, sinəsini yalamağa və sol arxa yan tərəfini öpüb-dişləməyə başladım”.
Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsində Servdanı soyundurmasını, onunla zorla cinsi əlaqədə olmasını çılpaqlığı ilə danışıb. Qeyd edib ki, Sevda ilə cinsi əlaqədə olarkən o əlləri ilə müqavimət göstərməyə çalışıb: “Fiziki cəhətdən güclü olduğum üçün əlimlə onun əllərindən tutdum. Cinsi əlaqədə olmağımın müddəti on-on beş dəqiqə çəkdi. Sonra Sevdanın boğazından tutaraq “əgər bu bərədə kiməsə desən, sənin üçün çox pis olacaq” dedim.
Sevdanı zorladığım vaxt içkili olduğumdan özümdə olmamışam. Səhəri günü özümə gəldikdən sonra elədiyimizi xatırladım, vicdan əzabı çəkdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, martın 24-də Bakıya bacısının yaşadığı evə gedib: “Həmin günün axşamı bacımla söhbət etdikdə yaşamaq istəmədiyimi, hər şeydən bezdiyimi, özümü öldürmək, bu həyatdan getmək istədiyimi bildirdim. Martın 28-də yaşadığım kəndə qayıtdım. Martın 29-da səhər saatlarında qohumumun evini təmir edən zaman rayon polis şöbəsinin əməkdaşları gələrək məni şöbəyə apardılar”.
Tural bildirib ki, qonşu kənddə yaşayan Sevdanı əvvəldən tanıyıb, hətta onun mərhum əri vəfat edəndə evlərinə gedib, qaynına və özünə baş sağlığı verib. Onun sözlərinə görə, Sevda ilə heç bir düşmənçiliyi və ədavəti olmayıb. O, təqsirli olduğunu qəbul edib, əməlindən çox peşman olduğunu bildirib.
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Sevdanın sözlərinə görə, əri 2018-ci ildə ölüb: “Bir oğlum var. Oğlum 2019-cu ilin oktyabr-noyabr aylarında hərbi xidmətə gedib. 2021-ci ilin aprel ayında qayıdıb. Evdar qadınam, inək saxlamaqla dolanıram, qardaşım da kömək edir”.
Zərərçəkmiş qeyd edib ki, 2021-ci ilin martın 22-də bütün günü evdə olub: “Mal heyvanla məşğul olmuşam. Axşam saat 23 radələrində yataq otağına keçərək yatmışam. Mart ayının 22-dən 23-nə keçən gecə, saat 3 radələrində gecə qaranlıqda qapı açılaraq içəri bir nəfər girdi. Kim olmasını qışqıraraq soruşdum. Həmin şəxs yaxına gəldi və ağzımı-burnumu tutdu. Daha sonra, “oğlunu görmək istəyirsən, ölmək istəyirsən?” sualları verdi. Dedi ki, ölmək istəmirsən, mənimlə olmalısan. Ona etiraz etdim. Məni sürütləyərək xalçanın üzərinə apardı. Orada zorla mənimlə cinsi əlaqədə oldu”.
Sevda bildirib ki, müqavimət göstərməyə çalışsa da ona gücü çatmayıb. Zorla onunla cinsi əlaqədə olan şəxs hədə-qorxu gəlib, baş verənlər barədə heç kimə deməməsini tapşırıb, əks halda öldürəcəyi ilə hədələyib.
Sevdanın sözlərinə görə, təcavüz edən şəxs evdən çıxdıqdan sonra qonşuya gedib və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub.
Sevda qeyd edib ki, təqsirləndirilən şəxs onu zorlayan zaman telefonunu yandırıb, ona əxlaqsız şəkillər və video göstərib, həmin qaydada cinsi əlaqədə olmaq istəyib: “Bu zaman qaranlıqda həmin şəxsin üz cizgilərini gördüm. İlkin olaraq onunla düşmənçilik edən qohumum Səidənin qardaşından şübhələndim. Lakin polisdə tanınma zamanı təqsirləndirilən şəxsi gördükdə, üz cizgilərindən onu xatırladım və tanıdım”.
Tural 7 il müddətinə azadlıqdan məhrum edilib.
Follow @7timesaz