Hadisə

Gədəbəydə ikimərtəbəli ev yandı

Gədəbəydə ikimərtəbəli ev yandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gədəbəydə ev yanıb.

7times.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə rayonun Miskinli kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 600 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 8 ədəd pəncərə çərçivəsi, tavan və dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.