Ölkə

Göygöl rayonunun qazı KƏSİLƏCƏK

Göygöl rayonunun qazı KƏSİLƏCƏKbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöl rayonu ərazisində yeni tikilmiş “Göygöl Şərab-1” qaz ölçü qovşağında ölçü-hesablayıcı avadanlıqların, ROC cihazının, sərfiyyata uyğun daraldıcı qurğunun quraşdırılması, impuls xətlərinin çəkilməsi, metroloji ölçmələrin aparılması, mərkəzi radiomodem şəbəkəsinə qoşulması işlərinin görülməsi zəruriyyəti ilə bağlı 18.03.2024-cü il tarixdə saat 10:00-dan “Əliuşağı” QPS-dən qidalanan “Göygöl əhali” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

 

“Azəriqaz” İstehsalat Birliyindən 7Times.az -a verilən məlumata görə, təmir-quraşdırma işləri aparılan müddətdə Göygöl şəhəri və rayonun 23 yaşayış məntəqəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.