Şuşanın işğalı zamanı zədələnmiş və Bakıya gətirilmiş 3 dahi şəxsiyyətin heykəli Şuşaya qaytarılıb.
7times.az xəbər verir ki, illərdir “Güllələnmiş heykəllər” adlandırılan Üzeyir Hacıbəyli, Bülbül və Natavanın heykəlləri Azərbaycan Prezidenti İlham Əliyevlə ailəsinin Şuşaya səfəri ərəfəsində doğma yurduna geri qaytarılıb.