Giorgi Çakvetadze karyerasını İngiltərədə davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, gürcüstanlı futbolçu “Uotford”a keçib. Bu barədə məlumatı klubun rəsmi səhifəsi yayıb. 24 yaşlı futbolçu üçün “Genk”ə 2,5 milyon avro ödənilib.
Qeyd edək ki, Çakvetadze bu mövsüm Belçika klubunun heyətində 25 matçda meydana çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
Follow @7timesaz