Maqazin

Hande Yenerdən koronavirus AÇIQLAMASI

Hande Yenerdən koronavirus AÇIQLAMASIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə karantin qaydalarının yumşalmasından sonra məşhur müğənni Hande Yener, uzun zaman sonra yeni bir məkanın açılışında dostaları ilə görüşüb.

7times.az xəbər verir ki, türk pop musiqisinin kraliçası karantinsiz günlər üçün darıxdığını açıqlayıb. 48 yaşlı super ulduz pandemiya haqqında bunları söyləyib:

“Səhnədən insanlara baxmağı, jurnalistlərlə söhbət etməti və kamera işıqları üçün çox darıxmışam. Hamımız pandemiya dövründə evdə qapanmışıq. Nə konsert var, nə də başqa bir şey. Konsertlərimdə insanların mənimlə birlikdə mahnılarımı oxumasının həsrətini çəkirəm. Pandemiya və virusa görə bir çox sektoru işsiz qalıb. Bir çox musiqiçi pis vəziyyətdədir, Allah yardımçımız olsun. İnşAllah bu günlərdə geridə qalacaq”.

Elmir Kərimli