Dünya

“Hansı neft şirkətlərinin Venesuelaya girəcəyinə biz qərar verəcəyik” – Tramp

“Hansı neft şirkətlərinin Venesuelaya girəcəyinə biz qərar verəcəyik” – Trampbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp neft və qaz şirkətlərinin rəhbərləri ilə görüşdə ABŞ-nin Venesuelanın zəngin neft ehtiyatları üzərində nəzarəti saxlayacağını və Vaşinqtonun ölkədə hansı şirkətlərin fəaliyyət göstərə biləcəyinə qərar verəcəyini açıqlayıb.

Tramp ABŞ administrasiyasının hansı neft şirkətlərinin Venesuelaya girə biləcəyinə qərar verəcəyini bildirib.

O, həmçinin Rusiya və Çinə xəbərdarlıq edərək, “Sizi burada görmək istəmirik”, -deyə qeyd edib.

Tramp həmçinin əlavə edib:”Venesuela hələlik müttəfiq kimi görünür və əminəm ki, onlar belə qalacaqlar. Biz Rusiya və Çini burada görmək istəmirik. Biz onları Qrenlandiyada da görmək istəmirik”.