Dünya

HƏMAS Qəzzada atəşkəslə bağlı istənilən təşəbbüslərə açıqdır

HƏMAS Qəzzada atəşkəslə bağlı istənilən təşəbbüslərə açıqdırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında daimi atəşkəsə və İsrail qoşunlarının oradan çıxarılmasına gətirib çıxaracaq istənilən təşəbbüslərə açıqdır.

7Times.az xəbər verir ki, bunu hərəkatın nümayəndəsi Abdel Lətif əl-Kanua teleqramda bildirib.

“Biz qan tökülməsinin dayandırılmasına sadiqik, daimi atəşkəsə və İsrailin Qəzzadan çəkilməsinə səbəb olacaq hər cür təşəbbüsə açığıq”, – bəyanatda bildirilir.

HƏMAS sözçüsü qeyd edib ki, danışıqların ikinci mərhələsinə daxil olmaq və daimi atəşkəsə əsaslanan istənilən təklif alqışlanır.

Əl-Kanua vurğulayıb ki, İsrailin Qəzzanın şimalından cənuba sakinləri evakuasiya etmək üçün istifadə etdiyi yolu bağlaması müqaviləni tamamilə rədd etmək və Qəzzanı mühasirəyə almaq cəhdidir.