Gündəm

Hesabına yatırılan 10 mindən imtina etdi – VİDEO

Hesabına yatırılan 10 mindən imtina etdi – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı gənc Musa Musazadə Türkiyədə baş vermiş dəhşətli zəlzələyə görə verilən 10 min lirəni geri qaytarıb.

Xezerxeber.az-ın məlumatına görə, 26 yaşlı Musa Musazadə Qaziantep Universitetində təhsilini tamamladıqdan sonra İstanbulda məskunlaşıb. Ancaq yaşayış qeydiyyatı hələ də Qaziantepdədir.Türkiyədə baş vermiş zəlzələdə onun tələbəlik zamanı qaldığı bina da dağılıb. Elə buna görə də hesabına dövlət tərəfindən 10 min lirə yardım yatırılıb. Musa isə “Mən zərərçəkən deyiləm, ehtiyacım yoxdur” deyərək pulu geri qaytarıb.

Musa Musazadə deyir ki, bu puldan bir qəpik belə xərcləmək mümkün deyil. Bu pul yaralanan və qayğıya ehtiyacı olan insanların haqqıdır.

Ona hesabındakı məbləğin üç gün ərzində geri qaytarılacağı bildirilib. Rəsmi qurumlar tərəfindən Musa Musazadəyə nümunəvi davranışına görə təşəkkür edilib.