Cəmiyyət

Hikmət Rəhimovun növbəti uğuru

Hikmət Rəhimovun növbəti uğurubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kino və teatr aktyoru Hikmət Rəhimovun rejissorluğunu etdiyi “Çılpaq” filmi “Praqa film” mükafatına layiq görülüb.

Sfera.az xəbər verir ki, ekran işi “Ən yaxşı bədii film” nominasiyasında qalib olub.

Qeyd edək ki, dram janrında lentə alınan filmdə Nicat Rəhimov baş rollardan birini canlandırır. Ekran işində Ayşad Məmmədov, Azər Aydəmir, Elşən Əsgərov, Rasim Cəfər, Rüstəm Rüstəmov və başqaları çəkiliblər. “Çılpaq” filmi Fransa və Türkiyədə dörd beynəlxalq mükafata layiq görülüb.