Livanın hərbiləşdirilmiş təşkilatı “Hizbullah” 24 saat ərzində İsrail Müdafiə Qüvvələrinə qarşı 10 hərbi əməliyyat keçirib.
7Times.az xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilir.
Qeyd olunub ki, “Hizbullah” döyüşçüləri Livan-İsrail sərhədindəki vizual nəzarət sistemlərinə və İsrail ordusunun dörd bölük dayaq məntəqəsinə hücum ediblər.
Bundan başqa İsrail hərbçilərinin Tel-Şaar bölgəsində və Səfad şəhərinin cənub-qərbində yerləşən hərbi logistik bazaları pilotsuz uçan aparat ilə hücuma məruz qalıb.
Follow @7timesaz