Dünya

Hizbullah İsrailin şimalındakı yaşayış məntəqəsinə hücum edib

Hizbullah İsrailin şimalındakı yaşayış məntəqəsinə hücum edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livan Hizbullahı İsrailin şimalındakı yaşayış məntəqəsinə hücum edib.

7Times.az  xəbər verir ki, bu barədə Hizbullah tərəfindən edilən yazılı açıqlamada bildirilib.

Məlumatda İsrailin Livan sərhədi yaxınlığındakı Tsuriel bölgəsinə ilk dəfə hücum edildiyi bildirilib.

Açıqlamada sözügedən qəsəbəyə onlarla “Katyuşa” raketinin göndərildiyi qeyd edilib və İsrail ordusunun Livanda dinc əhaliyə qarşı hücumlarına cavab olaraq Tsuriel qəsəbəsinin hədəf alındığı vurğulanıb. Digər tərəfdən İsrail ordusu Livanın cənubundan İsrailin yuxarı Qaliley bölgəsinə atılan 10 raketin əksəriyyətinin hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirildiyini açıqlayıb.

“AzPolitika.info”