Ölkə

İcra başçısı hadisə yerinə düşüb yaralılara yardım etdi – FOTOLAR

İcra başçısı hadisə yerinə düşüb yaralılara yardım etdi – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gun səhər saatlarında Xaçmaz rayonun Çiləgir kəndi yolunda iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə yerinə təcili tibbi yardım çağrılıb.

7Times.az xəbər verir ki,bu zaman həmin yoldan keçən Xaçmaz RİH-nin başçısı Elnur Rzayev avtomobildən düşərək yaralılara yardım edib.

Qeyd edək ki, hadisə nəticəsində 2 nəfər yüngül dərəcəli bədən xəsarəti alıb. İcra başçısı hadisənin baş verdiyi yol ilə Çiləgir kəndindən olan şəhid ailələrini ziyarət etmək üçün gedirmiş.