Sağlamlıq

İlan sancması halları artıb: Zərdab təminatı hansı səviyyədədir?

İlan sancması halları artıb: Zərdab təminatı hansı səviyyədədir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin aprel ayı ərzində 7 nəfər, mayda 12 nəfər, iyunda 16 nəfər, iyul ayında isə 14 nəfər ilan sancması səbəbindən Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb.

Bu barədə Oxu.Az-a Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Həkim bildirib ki, ilan sancması ilə əlaqədar Klinik Tibbi Mərkəzdə həyatını itirən olmayıb:

“Lakin məlumatımıza görə, rayonlarda xəstənin xəstəxanaya gec çatdırılması səbəbindən ölüm hadisəsi olub”.

Həkim vurğulayıb ki, zərdabla bağlı təminatda problem yoxdur:

“Bakı şəhəri ərazisindəki xəstəxanalara, təcili tibbi yardım briqadalarına, mərkəzi rayon xəstəxanalarının hər birinə preparatlar paylanılıb”.