Siyasət

İlham Əliyev: “Bu gün Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb”

İlham Əliyev: “Bu gün Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son illərdə enerji təhlükəsizliyi məsələləri dünya gündəliyində əsas yerlərdən birini tutub. Bu, o deməkdir ki, həmin məsələ daim beynəlxalq təşkilatların, ən nüfuzlu müxtəlif beynəlxalq forumların gündəliyində olub və Azərbaycanın neft-qaz sənayesi layihələrini necə reallaşdırması həmişə tərəfdaşlarımızın böyük hörmətini qazanıb”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın Avropa ittifaqı ilə enerji sahəsində əməkdaşlığının perspektivlərinə dair sualı cavablandırarkən bildirib.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycanın enerji resurslarına marağın əhəmiyyətli dərəcədə artdığını vurğulayan dövlətimizin başçısı deyib:

“Hərçənd bundan əvvəl də belə bir fikir bərqərar olmuşdu ki, Azərbaycan çox ölkələr, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır. Azərbaycanın imkanları artırdı və biz, necə deyərlər, evdə işlərimizi uğurla görür, daha sərfəli bazarlara istiqamətlənirdik. Təbii ki, Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra biz, o cümlədən Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladıq”.

Prezident qeyd edib ki, həm “Şahdəniz” yatağından, həm də başqa yataqlardan əlavə hasilat gözlənilir:

“Məsələn, əgər bütün işlər plan üzrə getsə, bu il “Abşeron” yatağından, gələn il isə, əgər yenə, hər hansı fors-major maneələr olmasa, 2024-cü ildə biz “Azəri-Çıraq-Günəşli” yatağından belə adlandırılan “dərin qaz” hasilatına başlamağı planlaşdırırıq”.