Manşet

İlham Əliyev milli qəhrəmana dönür – Markov

İlham Əliyev milli qəhrəmana dönür – Markovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağ. Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev Azərbaycan Ordusunun Şuşanı azad etdiyini bəyan etdi. Bu müharibənin əsas həlledici anıdır. II Qarabağ müharibəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatdığını deyə bilərik. Şuşa Dağlıq Qarabağın paytaxtı Xankəndi ilə Ermənistan ərazisi arasında yerləşir. Hal-hazırda şimal yolu Xankəndi qaçqınları ilə tıxanmış vəziyətdədir. Azərbaycan ordusu qaçqınlara qarşı heç bir təcavüz göstərmir.

7times.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib.

“Hazırda Ermənistanın müharibəni dayandırması üçün bir şans var. Paşinyan tezliklə mühasirəyə alınacaq bütün Ermənistan ordusunun Dağlıq Qarabağdan çıxarılması üçün bir əmr verərsə, hərbi əməliyyatlar dayanacaq və sülh danışıqları başlayacaq. Əks təqdirdə, müharibə baş nazirlərinin qorxusundan xəyanət edən, mühasirəyə düşmüş erməni qoşunlarının məhvi prosesinə çevrilə bilər. Müharibəni heç kim istəmir.

Azərbaycan Prezidenti Əliyev dəfələrlə ermənilərə heç bir təhdid olmadan Azərbaycan ərazisində təhlükəsiz şəkildə qala biləcəyini bildirib. Azərbaycan ideologiyası multikulturalizm olan və hazırda 30 minə yaxın erməninin yaşadığı müasir çoxmillətli, tolerant bir ölkədir. Bütün xalqlar güclü bir dövlətin himayəsindədir. İtaliyada və digər ölkələrdə, Cənubi Tirolda olduğu kimi, Dağlıq Qarabağ erməniləri mədəni muxtariyyətlə təmin olunacaq. Kilsələrində dinc şəkildə ibadət edə biləcəklər.

Dağlıq Qarabağdakı müharibə onsuz da tezliklə sona çatacaq. Yaxın gələcəkdə Azərbaycanın bütün Dağlıq Qarabağ ərazisi üzərindəki suverenliyini tamamilə bərpa edəcəyi artıq hamıya aydındır. İlham Əliyev Dağlıq Qarabağın azadedicisi kimi Azərbaycan üçün milli qəhrəmana dönür. Azərbaycan tam qələbənin bir addımlığındadır”, – Markov bildirib.publika.az