“Novruz dostluq, yenilik bayramıdır. Bu münasibətlə hər birinizi təbrik edirəm”.
7times.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“Təklif edirəm ki, Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu göndərək”, – S.Qafarova bildirib.
Milli Məclisin deputatları sədrin təklifini alqışlarla qarşılayıblar.
Follow @7timesaz