Ölkə

İlqar Mahmudov Mirzəməmmədkənd kəndində vətəndaşlarla səyyar qəbul keçirib – FOTOLAR

İlqar Mahmudov Mirzəməmmədkənd kəndində vətəndaşlarla səyyar qəbul keçirib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Vladimirovka kənd inzibati ərazi dairəsinin Mirzəməmmədkənd kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda rayon Polis şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonumuzda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinləri ətraflı məlumatlandırılmış, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.