“Real”ın türkiyəli futbolçusu Arda Gülər “Liverpul”un “radarına” düşüb.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqa klubu yarımmüdafiəçiyə görə 60 milyon avrosundan keçməyə razıdır.
Xatırladaq ki, Ardanı daha əvvəl “Bayer” istəsə də, klub təklifi rədd etmişdi.
Onun Madrid təmsilçisi ilə 2029-cu ilin yayına qədər müqaviləsi var.
Follow @7timesaz