Müğənni Mehin Hümbətova dostlarının ona qarşı dələduzluq etdiyini bildirib.
OLAY yazır ki, sənətçi bu barədə instaqramda video paylaşıb.
“Çörək kəsdiyim, eyni masa arxasında oturduğum insanların mənə pul “atıb”. Bu, çox çirkin mövzudur. Amma danışacağam. 1-2 nəfər deyil, fərqli mövzularda fərqli insanlar öz kiçicik beyinləri ilə çalışırlar ki, 1 manata olan şeyi mənə 5 manata təqdim etsinlər. Mən də sanki heç nədən xəbərim yox imiş kimi icazə verirəm ki, səmimiyyətimdən və dostluğumdan istifadə etsinlər. O vaxta qədər ki, o məqamı araşdırıb özüm öyrəndikdən sonra… Yenə də onların üzünə vurmuram, yenə də özümü bilmirmişəm kimi göstərirəm. Özümə yaraşdırmıram, ayıbdır, mən pul söhbəti etmərəm. Amma onlar yenə də özlərinə sığışdırırlar ki, çörək kəsdikləri adama bu cür addım atsınlar.
Çox təəssüf edirəm, insan yediyi qaba tüpürməz. Əgər ortada bir dostluq varsa, bir masada əyləşib çörək kəsiriksə, hətta dostluq yoxdursa belə, hər işdə halallıq olmalıdır. Biz hər hansı bir iş görürüksə, ortada inam etibar varsa, o etibarı sarsıtmaq olmaz. Hər dəfə mən bunu öz-özümə deyirəm ki, yox, inanmayacağam, yenə də inanıram, eyni hal yenə mənim başıma gəlir. Buna görə çox təəssüf edirəm və o insanlara buradan ayıb olsun deyirəm. Onsuz da bu açıqlamanı görüb biləcəkləri ki, söhbət onlardan gedir”.