Milli Məclisin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında iştirak edən nümayəndə heyəti işini başa çatdırıb.
7Times.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov Milli Məclisdə bu barədə çıxış edib.
O qeyd edib ki, ermənilər AŞPA-da öz çirkin əməllərini davam etdirməyə çalışıblar.
“Ermənilər çalışdılar ki, son hadisələrlə bağlı sənəd qəbul edilsin, xüsusi nümayəndə ayrılsın, baş verən hadisələri məruzə etsin. Məqsədlərinə nail ola bilmədilər. Mən bütün iqtidar, müxalifət və bitərəf deputatlarımıza səslənirəm ki, ermənilərə heç vaxt yol verməyək. Azərbaycanın yürütdüyü siyasət güclü olduğuna görə, bütün bunların qarşısında dayana biləcək. Biz isə bu siyasətin ətrafında birləşməliyik”. Modern.az
Follow @7timesaz